ABŞ-ın “Forbes” jurnalı öz biznesini ən azı 630 milyon dollara satmaq imkanlarını araşdırır.
Bildirilir ki, maraqlı tərəflər çox olub, bu səbəbdən rəsmi satış prosesinə başlanılıb və prosesə rəhbərlik etmək üçün “CitiGroup”la əməkdaşlıq edilir.
Məlumata görə, “Forbes” 2021-ci ildə 40 milyon dollardan çox mənfəətlə 200 milyon dollardan çox gəlir əldə edib.
May ayında jurnal məqsədyönlü birləşmə və satınalmalar üçün ixtisaslaşmış SPAC (Special Purpose Acquisition Company) şirkəti vasitəsilə bazara girməyə cəhd edib. Bununla belə, “Forbes” birjada bu yerləşdirmə metodunun investorlar arasında cəlbediciliyinin azalması fonunda sövdələşməni ləğv edib.
Mənbə: TASS
www.102info.az