Putinə aid olduğu iddia edilən iqamətgahı tikən memar müflis oldu

Dünya

Rusiya Prezidenti Vladimir Putinin İtaliyada yaşayan “şəxsi memarı” müflis olub.

Belə ki, Breşiya şəhərinin maliyyə idarəsi memar Lanfranko Çirillonun maliyyə qaynaqlarını, gəlirlərini araşdırıb.

Araşdırmalar nəticəsində məlum olub ki, 2013-2019-cu illər ərzində memar on milyonlarla avro gəliri barədə hesabat verməyi “unudub”.

Hazırda L.Çirillo fırıldaqçılıq, vergidən yayınma, qaçaqmalçılıqda ittiham olunur.

L.Çirillonun 141 milyon avroluq əmlakına həbs qoyub. Həmçinin V.Putinin dostu adlandırılan memar evlərini, helikopterini, zinət əşyalarını, bank aktivlərini itirib.

Qeyd edək ki, Lanfranko Çirillo Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən, Rusiyada Qara dənizin sahilində, Gəlincikdə yerləşən dəbdəbəli malikanəni inşa etdirən şəxsdir.

Mənbə: Milano.repubblica.it

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir