Moskva vilayətinin Ximki məhkəməsi cümə axşamı ABŞ basketbolçusu Britni Qrayneri narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Qraynerə 1 milyon rubl cərimə də kəsib.
Qeyd edək ki, idmançı martın 5-də gömrük nəzarətindən keçərkən saxlanılıb. Xidməti it idmançının əşyaları arasında qadağan olunmuş həşiş yağı aşkar edib.
Qreyner məhkəmədə günahını etiraf edib. Lakin onun vəkili bildirib ki, basketbolçunun fevral ayında Rusiyaya gətirdiyi elektron siqaretlərin patronlarında olan maddənin ekspertizası Rusiya qanunvericiliyinə uyğun aparılmayıb.
Mənbə: Mash
www.102info.az