“The Voice” dəb jurnalının redaktorları gümüş rəngli ayaqqabıları 2022-ci ilin payızının yeni trendi adlandırıblar.
Belə ayaqqabılar hələ yaz aylarından populyarlıq qazanmağa başlayıb.
Hazırda mütəxəssislərin fikrincə, bu tendensiya podiumlarda tez-tez görünür. Belə ki, “Courrèges”, “David Koma”, “Giambattista Valli”, “Isabel Marant”, “Marcia” və “Prada” kimi markaların payız kolleksiyalarında gümüş ayaqqabılar nümayiş etdirilib.
www.102info.az