Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan ətrafında yaranmış vəziyyətlə əlaqədar Ağ Evə çağırılıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.
“Biz Tayvan boğazında sülh və sabitliyi qorumaq kimi çoxdankı məqsədlərimizə zidd olan Çinin məsuliyyətsiz hərbi hərəkətlərini pisləyirik”, – deyə bəyanatda bildirilir.
Ağ Ev Çinin ABŞ-dakı səfirinə bütün rabitə kanallarını saxlamaq istədiyini və Vaşinqtonun “Vahid Çin” prinsipinə sadiq olduğunu, həmçinin böhran istəmədiklərini, lakin Pekinin qərar verəcəyi hər şeyə hazır olduqlarını bəyan edib.
Mənbə: The Washington Post
www.102info.az