Rusiya Xarici İşlər Nazirliyi 14 bolqar diplomatı “persona non-qrata” elan edib.
Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
“Avqustun 5-də Bolqarıstanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. Ona Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinin 14 əməkdaşının “persona non-qrata” elan edilməsini bəyan edən nota təqdim olunub”, – deyə məlumatda qeyd edilir.
Qeyd olunduğu kimi, bu tədbir Bolqarıstan tərəfindən Rusiya diplomatik missiyasının 70 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi, Rusiyanın Bolqarıstanda diplomatik və inzibati-texniki işçilərinin sayına kvotaların tətbiqi, habelə Rusiya Federasiyasının Ruse şəhərindəki Baş Konsulluğunun bağlanması ilə bağlı qərarlarına cavab idi.
Mənbə: Evropeyskaya pravda
www.102info.az