Avropa İttifaqı (Aİ) ölkələri bu qış təbii qaza tələbatın 15% azaldılması planını qəbul edib.
Bu barədə avqustun 5-də Aİ Şurası bəyanat yayıb.
“Aİ-nin enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şura bu gün qışda təbii qaza tələbatın könüllü olaraq 15% azaldılmasına dair qətnamə qəbul edib”, – bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, qaza tələbatın azaldılmasında məqsəd Rusiyadan qaz nəqlində mümkün fasilələrə hazırlıqdır.
Xüsusi reqlament 1 avqust 2022-ci ildən 31 mart 2023-cü il tarixinədək qüvvədədir.
Mənbə: iz.ru
www.102info.az