BMT-nin baş katibi Antonio Quterreş nüvə silahının mənasız olduğunu bildirib.
O, bu barədə Yaponiyanın Xirosima şəhərində atom bombası qurbanlarının xatirəsinə təşkil edilən mərasimdə çıxış edərkən deyib.
Baş katibin fikrincə, bəşəriyyət nüvə silahının ilk hərbi istifadəsindən sonra keçən zaman ərzində nə öyrəndiyini özündən soruşmalıdır. Həmçinin soyuq müharibəni xatırlamalıdır ki, o zaman dünya məhv olmağın bir neçə addımlığında idi.
Onun sözlərinə görə, nüvə ilə silahlanma yarışı getdikcə aktivləşir. Hazırda dünya ölkələrinin nüvə arsenallarında demək olar ki, 13 nüvə başlığı var.
Quterreş nüvə müharibəsini mümkünsüz və qəbuledilməz hesab etdiyini vurğulayıb.
“Bəşəriyyət barıt çəlləyi ilə oynayır”, – deyə o qeyd edib.
Mənbə: MK.ru
www.102info.az