Bolqarıstanda turist avtobusu qəzaya uğrayıb: Ölən və yaralılar var

Dünya

Bolqarıstanın Ruse-Veliko Tırnovo yolunda Rumıniyanın turist avtobusu qəzaya uğrayıb. 

Bu barədə Bolqarıstanın BNT telekanalı məlumat yayıb.

Qəza gecə saat iki radələrində Poykraişte və Kutsina kəndləri arasında baş verib. Avtobusda 25 nəfər olub. Sükan arxasında isə türk əsilli sürücü olub.

Avtobus dayanmış halda olan avtomobilə çırpılıb, sonra ağaca dəyib. Üç nəfər yerindəcə ölüb, 9 sərnişin isə yaralanıb.

Turistlər bir gün əvvəl saat 22:00-da Bolqarıstan ərazisinə daxil olublar. Onların İstanbul səfərindən Buxarestə qayıtdığı bildirilir.

Russe – Veliko Tırnovo avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir