Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Dünya

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək.

Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq.

Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib.

Qeyd edək ki, bir gün əvvəl, avqustun 6-da genişmiqyaslı təlimlər fonunda ÇXR-in Tayvana 20 təyyarə göndərdiyi bildirilib. Onlardan 14-ü Tayvan boğazındakı bölücü xətti keçib. Bu xətt Pekin və Taypeyin nəzarəti altında olan zonaları ayırır.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir