Ukrayna ordusu Donetsk vilayətində Rusiya və separatçılar tərəfindən vuruşan serb muzdlular aşkar edib.
Ukrayna ordusunun Donetsk vilayəti cəbhəsi üzrə döyüş komandiri Roman Solohub “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, muzdluların burada qarşı tərəfdən daha çox olması ilə bağlı onlarda kəşfiyyat məlumatı var:
“Hazırda Ukrayna ordusu dronlar vasitəsilə düşmənin məhv edilməsini uğurla həyata keçirir. Söhbət həm standart, həm də döyüş başlığı daşıya bilən dronlardan gedir. Məsələn, bizim qrupun əhatə dairəsinə “Sidoy” ləqəbli, Serbiyadan muzdlular gətirmiş, bədnam ad qazanan rusiyalı terrorçu hərbi birləşməsi düşmüşdü. Biz həmin qrupu və “Sidoy” ləqəbli terrorçunu məhv etmək məqsədilə zərbələr endirdik”, – deyə o əlavə edib.
www.102info.az