ABŞ Zaporojye AES-ə tam nəzarətin Ukraynaya qaytarılmasını istədi

Dünya

ABŞ Rusiyanı Zaporojye atom elektrik stansiyasına tam nəzarəti Ukrayna hakimiyyətinə qaytarmağa çağırıb. Vaşinqton bu məsələdə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə işləmək niyyətindədir.

Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

O qeyd edib ki, Amerika tərəfi stansiyada “vəziyyəti yaxından izləməyə davam edir”.

“Atom elektrik stansiyaları yaxınlığında hərbi əməliyyatların aparılması təhlükəlidir”, – deyə ABŞ administrasiyasının rəsmisi bildirib.

“Biz Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya yaxınlığında bütün hərbi əməliyyatları dayandırmağa və [həmin obyektlərə] tam nəzarəti Ukraynaya qaytarmağa çağırırıq”, – deyə Ağ Ev qeyd edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir