Estoniyanın baş naziri koronavirusa yoluxdu – FOTO

Dünya

Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.

Bu barədə o, öz “Twitter” səhifəsində açıqlayıb.

“Bu səhər COVID testi müsbət nəticə göstərdi. Mən evdən işləməyə davam edəcəyəm”, – deyə Kallas yazıb.

O, bütün Estoniya sakinlərini peyvənd vurdurmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Mənbə: Gazeta.ru

www.102info.az