ABŞ-ın Kaliforniya ştatında kiçikmühərrikli “Cessna” təyyarəsi birbaşa magistral yola eniş edib. Bundan sonra təyyarə alovlanıb.
Qəza Korona şəhəri yaxınlığında baş verib. Uçuş zamanı təyyarənin mühərriki sıradan çıxıb. Pilot təyyarəni birbaşa şoseyə endirmək qərarına gəlib. Eniş zamanı təyyarənin qanadı “Toyota Tundra” pikapına dəyib və dərhal alovlanıb.
Göyərtədə pilotdan başqa bir sərnişin olub. Onlar yanğın başlayandan sonra kabinəni tərk edə biliblər.
Zədələnən “Pikap”ın sürücüsünün vəziyyəti barədə isə məlumat yoxdur.
Mənbə: “Shot” “Telegram”
www.102info.az