“Toyota” Yaponiyadakı zavodlarından birində istehsalı dayandırmalı olub.
Buna koronavirusun yayılması səbəb olub.
Belə ki, avqustun 8-dən 9-na və 9-dan 10-na keçən gecə Tsutsumi zavodunun istehsal xətlərindən biri boş qalıb. İstehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib.
Nəticədə zavodda planlaşdırılandan təxminən 660 ədəd daha az avtomobil istehsal edilib.
Mənbə: motor.ru
www.102info.az