ABŞ hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvünü ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda günahlandırıb.
Mehdi Rezayi kimi tanınan 45 yaşlı Tehran sakini Şəhram Pursəfiyə qarşı qiyabi ittiham irəli sürülüb.
Bu barədə çərşənbə günü ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məhkəmə sənədlərinə görə, 2021-ci ilin oktyabr ayından başlayaraq, Mehdi Rezayi SEPAH-ın Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin qisasını almaq üçün sui-qəsd hazırlamağa başlayıb. O, bu məqsədlə ABŞ-dakı bəzi şəxslərə 300 min dollar ödəməyə çalışıb.
Qeyd edək ki, Pursəfi təqsirli bilinərsə, onu 25 ilə qədər həbs cəzası və 500 min dollara qədər cərimə gözləyir. Ədliyyə Nazirliyi hazırda onun “xaricdə azadlıqda olduğunu” bildirib.
Mənbə: TASS
www.102info.az