Petr Yurçişin: “Düşməni məğlub etmək lazımdır, atəşkəs yalnız vaxtı gecikdirəcək” – Ukraynalı deputatdan ŞƏRH

Dünya

“Atəşkəs yalnız vaxtı gecikdirəcək və düşmənin güclənməsinə, resursları toplamasına kömək edəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ukrayna Ali Radasının “Gələcək Naminə” (“Za maybutne”) parlament qrupundan olan deputatı Petr Yurçişin bu günlərdə tez-tez səsləndirilən Rusiya ilə atəşkəs ideyasına münasibət bildirərkən deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya ordusunun gücü artıq tükənib, lazımi miqdarda silahları yoxdur.

“Bizə isə bütün dünya kömək edir. Qələbə Ukraynanın olacaq, bu hətta müzakirə mövzusu deyil”, – deyə politoloq qeyd edib.

Petr Yurçişin Britaniya kəşfiyyatının Rusiyanın Ukraynanın cənubuna qoşunları kütləvi şəkildə köçürməsi, Zaporojye atom elektrik stansiyasının atəşə tutulması və hətta minalanması barədə məlumatları şərh edib.

“Biz Çernobıl AES fəlakətini yaşamışıq və Ukrayna bunun təkrarlanmasını istəmir. Bəs Rusiya Federasiyasının timsalında terrorçunun hərəkətlərini necə qabaqcadan görmək olar? Hər şey ola bilər”,- deyə politoloq bildirib.

Deputat onu da vurğulayıb ki, Ukrayna xalqı da Azərbaycan xalqı kimi sülh istəyir.

“Azərbaycanlı dostlarım mənə hər zaman zəng edirlər və Ukraynada hamımız Azərbaycanın dəstəyini hiss edirik”, – deyə P.Yurçişin sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir