ABŞ-da güclü partlayış: Ölənlər var – FOTO/VİDEO

Dünya

ABŞ-ın İndiana ştatının Elansvil şəhərində yaşayış evində güclü partlayış baş verib. Nəticədə üç nəfər ölüb.

Bundan başqa, hadisə nəticəsində 39 evə ziyan dəyib, onlardan 11-i yaşayış üçün yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Bütün qaz və elektrik xətləri yoxlanılır.

Bundan əlavə, şəhər sakinlərinə əraziyə girmək qadağan edilib. Hadisənin səbəbləri araşdırılır.

Səlahiyyətlilər ölən və yaralananların daha çox ola biləcəyini qeyd edirlər.

Mənbə: CNN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir