“Moskva avqustun sonuna kimi Azərbaycanla Ermənistan arasında üçtərəfli formatda təmaslar təşkil etməyi planlaşdırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçaev həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşün təfərrüatları daha sonra açıqlanacaq.
“Planlara avqustun sonuna qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmasların təşkili daxildir. Sonrakı mərhələdə daha ətraflı məlumat verəcəyik”, – deyə İ. Neçayev bildirib.
Mənbə: News.ru
www.102info.az