Argentinada iyun ayında saxlanılaraq ABŞ-ın sanksiyalar tətbiq etdiyi Venesuela aviaşirkətinə təhvil verilən yük təyyarəsinin müsadirə olunmasına qərar verilib.
Federal hakim Federiko Villena ABŞ-ın tələbi ilə İran hava yolu şirkətindən Venesuela hava yolu şirkətinə köçürülən yük təyyarəsinin müsadirə edilməsinə qərar verib.
ABŞ-ın məhkəmə sistemi avqustun əvvəlində Venesuela təyyarəsinin müsadirə edilməsinə dair sərəncam verib və bunu Argentina hakimiyyətinə çatdırıb.
Təhlükəsizlik qüvvələri tərəfindən axtarılan yük təyyarəsinin avtomobil hissələri daşıdığı müəyyən edilib. Argentina İsrail Dərnəkləri Nümayəndəliyi (DAIA) təyyarə və ekipajı araşdırmaq üçün şikayət ərizəsi ilə müraciət edərək, iranlı ekipajın ABŞ-ın terror təşkilatı elan etdiyi İran İnqilabı Keşikçiləri Korpusunun Qüds bölməsi ilə əlaqəsi olduğunu iddia edib.
Venesuela təyyarəsinin Argentinada saxlanması Venesuela hökumətində narahatlıq yaradıb.
Venesuela Prezidenti Nikolas Maduro təyyarənin və ekipajın Argentinada dayanmasını sərt şəkildə tənqid edərək: “Onlar həyasızcasına Argentinada bizi soymağa çalışırlar”, – demişdi.
Mənbə: Haber Global
www.102info.az