Türkiyənin “Baykar Makina” şirkəti Ukrayna zavodunda yeni reaktiv, səsdən sürətli “Bayraktar Kızılelma” PUA-sını qurmağı planlaşdırır.
Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar bildirib.
Onun sözlərinə görə, artıq zavodun tikintisinə başlanılıb.
“Ukrayna ilə layihələrlə bağlı uzunmüddətli planlarımız var. “Baykar” orada fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başlayıb, biz burada bütün sistemləri istehsal etmək istəyirik. Təkcə gövdə yox, həm də elektronika, proqram təminatı – hər şeyimiz var. İnvestisiya planlarımız indi irəliləyir”, – deyə Bayraktar bildirib.
O qeyd edib ki, Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akıncı” da istehsal olunacaq.
Mənbə: UNİAN
www.102info.az