Kubada neft anbarında yanğın yerində dörd nəfərin qalıqları tapılıb

Dünya

Kubalı xilasedicilər Matansas şəhərində neft anbarında baş verən yanğında ölən azı dörd nəfərin qalıqlarını aşkar ediblər.

Beləliklə, rəsmi rəqəmlərə görə, yanğın nəticəsində ölənlərin sayı altıya çatıb. Axtarışlar davam edir.

Xatırladaq ki, avqustun 5-də rezervuarlardan birinə ildırımın düşməsindən sonra neft anbarında yanğın baş verib. Avqustun 7-də ikinci çən partlayıb, üçüncü çənə ciddi ziyan dəyib, daha sonra yanğın dördüncü çənə keçib. Hadisə yerinə bitişik ərazilərin beş minə yaxın sakini təxliyə edilib. Yanğında ümumilikdə 130 nəfər xəsarət alıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir