Çin Yaponiyanın ərazi sularına daxil olub

Dünya

Çin Su Polisinin iki patrul gəmisi Şərqi Çin dənizindəki Senkaku adaları zonasına daxil olub. Yaponiya bu adaları özünün ərazi suları hesab edir.

Bundan əlavə, daha iki Çin gəmisi bu adaların yaxınlığındakı zonaya bitişik akvatoriyadadır. Onlardan birində avtomat topa bənzər avadanlıq var. Çin gəmiləri 122 gündür ki, bu zonada davamlı olaraq mövcuddur.

Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektidir. İkinci Dünya müharibəsindən sonra onlar ABŞ-ın nəzarəti altında olub və 1972-ci ildə Yaponiyaya verilib.

Mənbə: Kyodo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir