NATO Şərqi Avropadakı hərbi mövcudluğunu gücləndirir.
Bu barədə ABŞ-ın Şimali Atlantika Alyansındakı missiyası “Twitter”də məlumat yayıb.
“NATO-nun şərq sərhədlərini qorumaq, müttəfiqləri gücləndirmək və düşmənləri çəkindirmək üçün Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya 2,4 minə yaxın əsgər göndəriləcək”, – məlumatda deyilir.
ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitində (28-30 iyun) ABŞ-ın Avropadakı hərbi mövcudluğunun daha da artacağını açıqlayıb.
www.102info.az