Serbiyanın Valyevo şəhərindəki “Kruşik” hərbi zavodunda partlayış baş verib.
Zavod Serbiyanın paytaxtı Belqraddan 100 kilometr cənub-qərbdə yerləşir və ölkənin ən böyük müdafiə sənayesi müəssisələrindən biridir.
Partlayış nəticəsində 40 yaşlı işçi yaralanıb. Onun əlindəki K34 kapsulu partlayıb. Ağır xəsarətlər alan qadın Valevo xəstəxanasına yerləşdirilib.
Partlayış zamanı yaxınlıqda olan digər əməkdaş isə yüngül xəsarətlər alıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Gazeta.ru
www.102info.az