Haaqa Dairə Məhkəməsi Malayziyaya məxsus “Boeing” (MH-17 reysi) təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə noyabrın 17-də qərar çıxaracaq.
Bu barədə məhkəmənin “Twitter” səhifəsində məlumat verilib.
De rechtbank maakt bekend dat 17 november 2022 is gekozen als voorlopige uitspraakdatum in het MH17 strafproces. De uitspraak zal een dagdeel in beslag nemen en vindt waarschijnlijk in de middag plaats.
— CourtMH17 (@CourtMH17) August 15, 2022
Qeyd edək ki, məhkəmə prosesi 2020-ci ilin martından davam edir. İş üzrə dörd təqsirləndirilən şəxs var. Bunlar rusiyalı İqor Strelkov (Girkin), Sergey Dubinski, Oleq Pulatov və ukraynalı Leonid Xarçenkodur. Prosesdə yalnız Pulatovun vəkilləri iştirak edirlər. Qalan şübhəlilər qiyabi mühakimə olunurlar. Hazırda Niderland Prokurorluğu təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası tələb edir.
Xatırladaq ki, MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Malayziyaya məxsus “Boeing” təyyarəsi 2014-cü ildə Donetsk yaxınlığında qəzaya uğramışdı.

www.102info.az