“Hubble” teleskopundan kainatın daha bir möhtəşəm görüntüsü – FOTO

Dünya

“Hubble” kosmik teleskopu yeni unikal fotosunu çəkib.

Bu dəfə o, Oxatan bürcündə NGC 6540 ulduz toplusunun görüntüsünü qeydə alıb.

Təsviri Avropa Kosmik Agentliyinin mətbuat xidməti yayıb.

Şəkil teleskopun təchiz olunduğu üç kameradan istifadə edilməklə çəkilib.

Qeyd edilir ki, NGC 6540 toplusundakı ulduzların sayı on minlərlə, yaxud da milyonlarladır. Onları qarşılıqlı cazibə qüvvəsi birləşdirir.

NGC 6540 ilk dəfə 1784-cü il mayın 24-də alman əsilli ingilis astronomu Fridrix Vilhelm Herşeld tərəfindən kəşf edilib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir