Rusiyanın Rostov vilayətinin Ust-Donetsk rayonunda meşə yanğınları davam edir. Yanğın artıq 124 hektara yaxın sahəni əhatə edib. Həmçinin 32 tikilini alov bürüyüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hazırda 300-dən çox insan, 90 texnika və bir “İl-76” təyyarəsi yanğınla mübarizə aparır.
Mənbə: “SHOT” “Telegram”
www.102info.az