“Krımın Cankoy rayonu yaxınlığındakı sursat anbarında törədilən partlayışların arxasında Ukraynanın elit hərbi bölməsi dayanır”.
Bunu “The New York Times” qəzetinə şərhində adının açıqlanmasını istəməyən yüksək rütbəli ukraynalı məmur bildirib.
Onun sözlərinə görə, sözügedən elit bölmə düşmən cəbhəsinin arxasında fəaliyyət göstərir.
Ukrayna Silahlı Qüvvələri və ya dövlət rəhbərliyi partlayışlarda əlləri olduqlarını açıqlamasa da, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, normal Krım – Qara dəniz, dağlar, istirahət və turizmdir; Rusiyanın işğalı altında olan Krım isə anbarların partlaması, işğalçılar və oğrular üçün yüksək ölüm riskidir.
“Demilitarizasiya fəaliyyətdədir”, – deyə o davam edib.
Ранок біля Джанкоя почався з вибухів. Ще раз нагадаю, що Крим нормальної країни — це про Чорне море, гори, відпочинок і туризм. А окупований російськими бойовиками Крим — це про вибухи складів і зростання смертельної небезпеки для загарбників і злодіїв. Демілітаризація в дії.
— Михайло Подоляк (@Podolyak_M) August 16, 2022
Eyni zamanda, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin “zərgərlik üslubunda” demilitarizasiya əməliyyatı Ukrayna əraziləri tam işğaldan azad edilənə qədər davam edəcək və xatırladıb ki, Krım Ukraynadır.
🇺🇦Операція «демілітаризація» у ювелірному стилі ЗСУ продовжиться до повної деокупації українських територій. Наші воїни – кращі спонсори гарного настрою.
Крим – це Україна.
— Andriy Yermak (@AndriyYermak) August 16, 2022
Mənbə: ZN, UA
www.102info.az