Ermənistanda 62 yaşlı kişi dövlət binalarını partladacağı ilə hədələyib

Dünya

Ermənistanın Gümrü rayonunda Dövlət Gəlirləri Komitəsində (vergi xidməti) bomba ilə bağlı saxta həyəcan siqnalı verilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, naməlum şəxs avqustun 15 və 16-da müxtəlif saatlarda polisə zəng edərək özünü Gevorq Sarkisyan kimi təqdim edib. O, parlamenti, Dövlət Gəlirləri Komitəsinin Gümrüdəki şöbəsini və digər inzibati binaları partlatmaq niyyətində olduğunu bildirib. Onun məlumatları yoxlanılıb, lakin təsdiqlənməyib.

Polis həmin şəxsi yaxalaya bilib. Onun Gümrünün 62 yaşlı sakini olduğu məlum olub. Cinayətkar saxlanılıb.

Hazırda ilkin istintaq davam edir.

Mənbə: Sputnik

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir