İsveçrənin şokolad istehsalçısı “Lindt & Sprüngli” Rusiya bazarını həmişəlik tərk edir.
“9 mart 2022-ci il tarixli elanından sonra “Lindt & Sprüngli” qrupu Rusiya bazarını tərk etmək qərarına gəlib”, – deyə məlumatda qeyd edilir.
Martın əvvəllərində şirkət Rusiyaya şokolad ixracını dayandırdığını bəyan etmişdi.
Şirkət eyni zamanda Rusiyadakı işçilərinə dəstək göstərməyə davam edəcəklərini vurğulayıb.
Mənbə: Gazeta.ru
www.102info.az