Dik Çeyninin qızı Trampa rəqib ola bilər

Dünya

ABŞ Nümayəndələr Palatasının Vayominq ştatından olan nümayəndəsi Liz Çeyni 2024-cü ildə keçiriləcək növbəti seçkilərdə prezidentliyə namizəd olmaq istəyir.

“Bu, yaxın aylarda verəcəyim bir qərardır və bu səhər heç bir açıqlama verməyəcəyəm. Ancaq bu barədə düşünürəm və yaxın aylarda qərar verəcəyəm”, – deyə konqresmen bəyan edib.

Qeyd edək ki, Liz Çeyni müasir ABŞ tarixinin ən görkəmli siyasi xadimlərindən biri, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin qızıdır. Onun atası dörd prezidentin administrasiyasında çalışıb. Respublikaçı Corc Buşun dövründə Dik Çeyni müdafiə naziri və vitse-prezident vəzifələrində çalışıb, o cümlədən dövlət başçısı kimi səhhətində yaranan problemlərlə bağlı iki dəfə Kiçik Buşu əvəz edib.

Çeyni dövründə İraq və Panamada hərbi əməliyyatları aparılıb. Ölkə mediası ata Çeynini ABŞ tarixinin ən güclü vitse-prezidenti adlandırıb.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir