Rocer Uoters: “ABŞ hökuməti Assanjı gizli şəkildə öldürə bilər” – FOTO/VİDEO

Dünya

“ABŞ hökuməti “Wikileaks”in qurucusu Culian Assanjı öldürə bilər”.

Bunu Vaşinqtonda Assanjın ekstradisiyasına qarşı keçirilən mitinqdə “Pink Floyd” rok qrupunun yaradıcısı Rocer Uoters deyib.

“Culian hələ də Belmarş həbsxanasındadır, ABŞ-a ekstradisiya olunmaq yolundadır. ABŞ hökuməti onu gizli şəkildə öldürə bilər”, – deyə Uoters bildirib.

Onun sözlərinə görə, Assanjın məhkəmə işi siyasi mülahizələrə əsaslanır.

Musiqiçi əlavə edib ki, artıq bu işi Avropa İnsan Haqları Məhkəməsinə göndərmək lazımdır.

Uoters həmçinin ABŞ-ın baş prokuroru Merrik Qarlanddan düzgün davranmasını və Assanjı azad etməsini istəyib.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir