Pakistanda iyunun ortalarından bəri yağan musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 649 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb.
Bu barədə Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, 72 mindən çox ev, 129 körpü və 43 mağaza dağılıb. Daşqınlardan ən çox ölkənin şimal-qərbindəki Xeyber-Paxtunxva əyaləti və cənubundakı Sind əyaləti zərər çəkib.
Pakistan hökuməti ayın əvvəlində ağır daşqın vəziyyəti ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət edib.
Mənbə: TASS
www.102info.az