Rusiya hərbi komandanlığı Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) işini dayandırmaqla hədələyir.
Bu barədə RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib.
“5 və 6-cı enerji bloklarının “soyuq rezerv”ə daxil edilməsi məsələsinə baxıla bilər ki, bu da Zaporojye Atom Elektrik Stansiyasının dayanmasına səbəb olacaq”, – deyə Rusiya ordunun general-leytenantı bildirib.
Kirillov qeyd edib ki, “AES-in Ukrayna tərəfindən atəşə tutulması ilə bağlı vəziyyət davam edərsə”, Zaporojye AES-in işi dayandırılacaq.
Mənbə: UNİAN
www.102info.az