Danimarka Rusiyanın təcavüzü fonunda donanmasını yeniləyəcək

Dünya

Danimarka yeni hərbi gəmilərə 40 milyard Danimarka kronu (5,5 milyard dollar) sərmayə qoyur. Ölkə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəniz təhlükəsizliyini gücləndirməyə çalışır.

Bunu Danimarkanın müdafiə naziri Morten Bodskov bildirib.

Önümüzdəki 20-25 il ərzində qoyulacaq sərmayə çərçivəsində Danimarkada yeni hərbi gəmilərin hazırlanması üçün ölkənin dəniz sənayesi ilə əməkdaşlığa başlanılıb.

“Rusiyanın Ukraynaya hücumu və Avropada yeni təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Danimarkanın özünü müdafiə edə bilməsi hər zamankindən daha vacibdir. Burada hərbi təchizatın təhlükəsizliyi və operativliyi həlledici rol oynayır”, – Bodskov vurğulayıb.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir