Braziliya Prezidenti Jair Bolsonaru “YouTube” bloqerinin telefonunu əlindən almağa çalışıb. Buna səbəb bloqerin dövlət başçısını qorxaq və avara adlandırması olub.
Kadrlarda Bolsonaru bloqerin köynəyindən və qolundan tutur, daha sonra isə prezidentin cangüdənləri yutuberi kənara çəkir.
Oktyabrda Braziliyada prezident seçkisi keçiriləcək. Bolsonaru bu həftə seçkiöncəsi kampaniyasına başlayıb.
Mənbə: RT
www.102info.az