Tərcüməçiyə qəzəblənən Zelenski cümlələrini özü tərcümə edib

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda üçtərəfli sammitdə Ukrayna dilində danışarkən tərcüməçinin cümlələrini qısaltmasına əsəbiləşib.

Belə ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə üçtərəfli sammitdən sonra keçirilən mətbuat konfransında tərcüməçi onun sözlərini ingilis dilinə düzgün tərcümə etməyib. Bu zaman Zelenski cümlələrini ingilis dilinə özü çevirib.

Xalq arasında Ukrayna dilində danışmağa üstünlük verdiyi bildirilən Zelenski tərcüməçiyə üz tutaraq deyib:

“Mən imkanlar pəncərəsindən danışdım. Dedim ki, həll oluna bilməz, çünki… Rusiya tərəfindən hər gün atəş altındayıq. Mən həm də: “Yaşasın, Ukrayna!” – dedim.

Bu zaman tərcüməçi tez: “Yaşasın, Ukrayna!” – deyib.

Mənbə: NTV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir