Tayson ölümünün yaxınlaşdığını dedikdən qısa müddət sonra əlil arabasında göründü – FOTO

Dünya

Əfsanəvi boksçu Mayk Taysonun səhhətində problemlər yaranıb.

56 yaşlı Tayson Mayami hava limanında əlil arabasında görüntülənib. Maykın köməksiz hərəkət edə bilmədiyi müşahidə olunub. Lakin aerodromda həvəslə avtoqraf imzalayıb.

Bildirildiyinə görə, əfsanəvi boksçunun səhhətində ciddi problem yoxdur. Bir müddət belindəki problemlərə görə əlil arabasında hərəkət etməli olacaq.

Eyni zamanda Taysonun son açıqlamalarından sonra bu mənzərə qorxuducu görünüb. Belə ki, Mayk bir müddət əvvəl tezliklə ölümü gözlədiyini bildirib.

“Əlbəttə, hamımız öləcəyik. Güzgüyə baxıb üzümdəki bu kiçik ləkələri görəndə başa düşürəm ki, son günüm yaxındır. Çox yaxındır”, – deyə o qeyd edib.

Mənbə: Sport24.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir