Krımın Evpatoriya şəhərətrafı ərazilərində partlayış baş verib.
Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
“Zaozernoye (Evpatoriya şəhəri) kəndi üzərində də partlayış səsləri eşidilir. Görünür, ruslar PUA ilə vuruşurlar. Təfərrüatı gözləyirik”, – deyə o bildirib.
“Qərbi Krımda hava hücumundan müdafiə sistemi işləyirdi. Hədəf vurulub. Tələfat və dağıntı yoxdur. Hərbçilərimiz öz tapşırıqlarını dəqiq, peşəkar və effektli şəkildə həyata keçirirlər”, – deyə Sergey Aksenov bildirib.
Xatırladaq ki, bu gün Rusiya Federasiyasının Qara Dəniz Donanmasının qərargahına PUA ilə hücum edildiyi barədə xəbər yayılıb.
Mənbə: Korrespondent
www.102info.az