Erməni və rusiyalı təbliğatçılar, görünür, Ermənistana kor-koranə dəstək əvəzinə Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq perspektivini reallaşdırmağa başlayan Moskvanın xarici siyasətində hələ də yeni nəfəsləri tutmayıblar.
Elə buna görə də mütəmadi olaraq cəncələ düşürlər. O cümlədən də, son vaxtlara qədər anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyəsinin qızışdırılmasında baş rol ifa etdikləri federal kanallarda…
Caliber.Az xəbər verir ki, ötən gün “Rusiya 1” telekanalında Dmitri Kulikovun “Kim əleyhinədir?” proqramında olduqca maraqlı vəziyyət yaşanıb.
Belə ki, Geosiyasi Problemlər Akademiyasının prezidenti vəzifəsini icra edən Arayik Stepanyanın Türkiyə liderini müstəqillik və etibarsızlıqda ittiham etmək cəhdi uğursuz olub.
Lakin həm aparıcı Dmitri Kulikov, həm də teleradio aparıcısı Georgi Saralidze dərhal onun sözünü kəsiblər. Cəfəng fikirləri qəbul edilməyən erməni “ekspert” çıxışını əsaslandırmaq üçün mənasız arqumentlərə əl atsa da, yekunda pərt olub.
www.102info.az