Polşa Rusiyanın Kalininqradda hipersəs raketlərini yerləşdirməsini cavabsız qoymayacaq.
Bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.
“NATO-nun şərq cinahında yerləşən bir dövlət olaraq biz təhlükəni tam dərk edirik və hərəkətlərimiz Rusiyanın atdığı addımlara adekvat olacaq” – deyə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək.
Mənbə: Reuters
www.102info.az