İngiltərə Premyer Liqasında üçüncü turun daha bir görüşü başa çatıb.
“Nyukasl” öz meydanında son çempion “Mançester Siti” ilə qarşılaşıb.
“Sent Ceyms Park”da baş tutan matç gərgin mübarizə şəraitində keçib. Gah bir, gah da digər komandanın fərqləndiyi qol duelində qalib müəyyənləşməyib 3-3.
Bununla da, “şəhərlilər” yeni mövsümdə ilk xal itkisinə məruz qalıblar.
Almaniya “Bundesliqa”sında isə “Bavariya”nın hegemonluğu davam edir.
İlk iki turda 8 qol vurub 6 xal qazanan Münhen klubu bu dəfə də şansını əldən verməyib. Naqelsmanın yetirmələri “Bohum”la səfər matçında daha bir darmadağınla yadda qalıblar – 0:7.
Xatırladaq ki, “Bavariya” çempionatın ilk turunda da səfər darmadağını ilə fərqlənib və “Ayntraxt”ı 6:1 məğlub edib.
www.102info.az