Arxeoloqlar Norveçdə əriyən buzlaqda 1500 illik ox tapdılar

Dünya

Buzlaqlardan arxeoloji artefaktların tapılması proqramının arxeoloqları Norveç dağlarında əriyən buzlarda ox tapıblar.

Tapıntının yeri Yotunheymen dağ silsiləsi olub. Burada, əriyən buzlaqda dəniz səviyyəsindən 1750 metr yüksəklikdə dəmir ucluqlu ox tapılıb. Oxun təxminən 1500 il yaşı var.

Alimlər hesab edirlər ki, ox vaxtilə dağlarda itib. Artefakt dəfələrlə suyun ərimə və donmasının təsirlərinə məruz qalıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir