Rusiya Federasiyasının Kamçatka yarımadasında səhər saatlarında 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, xilasedicilər Ust-Kamçatskda binalara baxış keçirirlər.
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.
Zəlzələnin episentri Ust-Kamçatskdan 125 km aralıda olub. Yenilənmiş məlumata görə, qəsəbənin bəzi ərazilərində üç bala qədər yeraltı təkanlar hiss olunub.
Bundan əvvəl zəlzələnin maqnitudasının 5,4 bal olduğu bildirilib.
www.102info.az