Gürcüstanın müxtəlif nazirlik və idarələrinin əməkdaşları Borjomi dərəsində baş vermiş yanğının söndürülməsi üçün fasiləsiz fəaliyyət göstərirlər.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, yanğının söndürülməsinə 250 yanğınsöndürən və xilasedici, pilotsuz təyyarələr, sərhəd xidmətinin üç helikopteri, 300 xüsusi təyinatlı zabit və yerli polis bölmələrinin əməkdaşları səfərbər ediliblər.
“Qayalıq və çətin relyef yanğının söndürülməsi prosesini çətinləşdirir”, – məlumatda qeyd olunur.
Mənbə: Sputnik Gürcüstan
www.102info.az