Türkiyənin “Qalatasaray” futbol klubunun ilk üç həftədə sərgilədiyi oyun futbolçu heyətinin planlarına yenidən baxılmasına səbəb olub.
Super Liqada son üç həftəni iki qalibiyyət və bir məğlubiyyətlə başa vuran “Qalatasaray”ın baş məşqçisi Okan Buruk və rəhbərlik transfer planlarını gözdən keçiriblər.
Fikir mübadiləsi nəticəsində komandada olan çatışmazlıqlar müəyyən edilərək onların həlli üçün qərarlar qəbul olunub.
Sol cinah müdafiəsində qeyri-kafi hesab edilən Van Aanholtun əvəzinə “Milan”dan Fode Ballo-Tureni icarəyə götürməyə qərar verən “Qalatasaray” rəhbərliyi müdafiəçi mövqeyini “Gent”dən Andreas Hançe-Olsen, hücumu isə Moskvanın “Spartak”ından Şamar Nikolsonla gücləndirəcək.
Üstəlik, Kerem Aktürkoğlu və Yunus Akgünlə rəqabət aparacaq bir və ya iki cinah oyunçusu alacaq sarı-qırmızılılar Saşa Boeyi sağ cinahda saxlayaraq Ömər Elabdullaini göndərəcəklər.
Mənbə: Hürriyet
www.102info.az