Türkiyədə NATO qüvvələri ilə birlikdə taktiki səviyyədə döyüş təyyarələrinin uçuş təlimləri keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
“NEXUS ACE-in müntəzəm təlimlərinin bir hissəsi olaraq, Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri və NATO E-3A AWACS təyyarələri (uzaqmənzilli radar müşahidə təyyarəsi – red.) uçuş tapşırıqlarını yerinə yetirib”, – deyə məlumatda qeyd edilib.
Nazirlik qeyd edib ki, NEXUS ACE döyüş təyyarələrinin taktiki səviyyədə birgə təlimidir.
Düzenli olarak yapılan NEXUS ACE Eğitimleri kapsamında, Hava Kuvvetleri Komutanlığına bağlı uçaklarımız ile NATO’ya ait E-3A AWACS tarafından uçuş görevi icra edildi.
NEXUS ACE, muharip uçaklarımızın birlikte yaptığı taktik seviyede bir eğitimdir.#MSB pic.twitter.com/7T3fEHYmzd
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) August 21, 2022
www.102info.az