Britaniya Mühafizəkarlar Partiyasının yeni rəhbərinin və Böyük Britaniyanın Baş nazirinin adı sentyabrın 5-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 15:30) açıqlanacaq.
Bu, Mühafizəkarlar Partiyasının sədri Endryu Stivensonun digər rəsmilərə ünvanladığı məktubundan məlum olub.
Məktubda qeyd olunub ki, yeni hökumət başçısının adı “Westminster Central Hall”da açıqlanacaq.
Mühafizəkarların yeni rəhbəri sentyabrın 6-da Boris Consonu əvəzləyəcək.
Bundan əlavə, sentyabrın 7-də Mühafizəkarlar Partiyasının rəhbəri Leyboristlərin lideri Sayrus Starmerlə görüşəcək.
Mənbə: lenta.ru
www.102info.az