Finlandiyanın baş nazirinə dünya qadınlarından dəstək gəldi – VİDEO

Dünya

Dostları ilə rəqs edərkən görüntüləri internetə sızan və tənqid hədəfinə çevrilən Finlandiyanın Baş naziri Sanna Marinə fin qadınlardan dəstək gəlib.

Qadınlar sosial şəbəkələrdə “Solidarity with Sanna” (“Sanna ilə həmrəylik”) həştəqi ilə paylaşımlar ediblər. Onlar Marini dəstəkləmək üçün rəqs edib əyləndikləri videoları çəkərək sosial şəbəkədə paylaşıblar.

Bu kampaniyaya dünyanın bir çox ölkəsindən qadınlar qatılıblar. Videolarda qadınlar 36 yaşlı Marinin də rəqs edib əylənmək haqqının olduğunu dilə gətiriblər.

Xatırladaq ki, sızdırılan videoda Baş nazir Sanna Marin özəl məclisdə dostları ilə rəqs edir, mahnı oxuyur və kameraya poza verir.

Marin məclisə qatıldığını təsdiqləyib, lakin dəqiq harada və nə vaxt olduğunu söyləməkdən imtina edib. Eyni zamanda o, narkotik qəbul etdiyi iddialarına son qoymaq üçün narkotik testindən keçib.

Mənbə: CNNTürk

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir